SOCAR neft və qaz hasilatını açıqladı
Energetika
- 15 oktyabr, 2020
- 13:44
Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,8 mln tondan çox neft, 1,8 mlrd kubmetrdən çox qaz hasil olunub.
“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ilin üçüncü rübünün nəticələri ilə müqayisədə neft hasilatı 7,8% azalıb. Qaz hasilatı isə bir ildə 2,32% artıb.
OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınıb. Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam edib.
Müvafiq dövrdə ölkə üzrə 8,2 mln tona yaxın neft, 8,2 mlrd kubmetrə yaxın qaz hasil edilib. Bu, 2019-cu ilin üçüncü rübü ilə müqayisədə müvafiq olaraq 15,36% az və 6,15% çoxdur.
Son xəbərlər
04:10
Minnesotada atışma olub, yaralılar var
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17
Estoniyanın müdafiə naziri istefa verib
Digər ölkələr00:48
Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
Digər ölkələr00:16