SOCAR neft və kondensat ehtiyatları üzrə məlumatları açıqlayıb

Energetika
  • 22 oktyabr, 2024
  • 08:52
SOCAR neft və kondensat ehtiyatları üzrə məlumatları açıqlayıb

Bu ilin əvvəlinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatları 82,419 milyon ton həcmində qiymətləndirilir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında bildirilib.

“2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə, şirkətin təsdiq edilmiş neft ehtiyatları 1 yanvar 2023-cü il tarixinə olan 93,923 milyon tona qarşı 82,419 milyon ton həcmində qiymətləndirilir. Beləliklə, 2024-cü il yanvarın 1-nə SOCAR-ın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 12,2 % azalıb", - hesabatda qeyd olunub.

SOCAR-ın məlumatına görə, təsdiq edilmiş neft ehtiyatlarının ümumi həcmində təsdiq edilmiş və işlənməmiş ehtiyatların həcmi 26,911 milyon ton (-17,9 %), təsdiq edilmiş və işlənmiş ehtiyatların həcmi 55,508 milyon ton (-9,2 %) təşkil edir.

Bu ilin yanvarın 1-nə şirkətin təsdiq edilmiş kondensat ehtiyatları 2023-cü ilin yanvarın 1-nə olan 15,838 milyon tona qarşı 13,865 milyon ton həcmində qiymətləndirilir. Beləliklə, bu il yanvarın 1-nə SOCAR-ın təsdiq edilmiş kondensat ehtiyatlarının həcmi 12,5 % azalıb.

Təsdiq edilmiş kondensat ehtiyatlarının ümumi həcmində təsdiq edilmiş və işlənməmiş ehtiyatların payı 6,855 milyon ton (-18,9 %), təsdiq edilmiş və işlənmiş ehtiyatların payı isə 7,01 milyon ton (-5 %) təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti