Qarşıdakı illərdə "Neft daşları"nda 50-60 civarında quyu qazılması planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə "Neft Daşları"na təşkil olunmuş mediaturda Azərbaycan Dövlət Neft Şirkətinin (
Onun sözlərinə görə, "Neft daşları"nda beş meydança-özülün inşası nəzərdə tutulub: "Neft Daşları" Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz "Neft Daşları"ndan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir".