SOCAR “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb

SOCAR “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın Xəzər şelfindəki “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb.
Energetika
6 İyun , 2024 13:56
SOCAR “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın Xəzər şelfindəki “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Forumunun II günündə deyib.

“Biz bu yaxınlarda “Naxçıvan” strukturunun ehtiyatlarını yenidən qiymətləndirdik. Müəyyən edilib ki, burada karbohidrogen ehtiyatları əvvəllər bəyan ediləndən iki-üç dəfə çoxdur”, - o vurğulayıb.

Qeyd edək ki, “Naxçıvan” strukturu Bakıdan 85 kilometr cənubda yerləşir, suyun dərinliyi bəzi yerlərdə 800 metrə çatır. Yatağın işlənməsinə sərmayələr 2 milyard ABŞ dolları həcmində qiymətləndirilib. Proqnozlaşdırılan ehtiyatlar 110 milyon ton neft və 85 milyard kubmetr qaz səviyyəsində qiymətləndirilir.

1997-ci il avqustun 1-də SOCAR ilə ABŞ-nin “ExxonMobil” şirkəti arasında perspektivli “Naxçıvan” strukturunun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü (PSA) müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi