SOCAR: Magistral qaz kəmərindəki yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır

SOCAR: Magistral qaz kəmərindəki yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb
Energetika
27 Dekabr , 2016 12:34
SOCAR: Magistral qaz kəmərindəki yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır

Bakı. 27 dekabr. REPORT.AZ/ Magistral qaz kəmərində baş verən yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.

"Report" xəbər verir ki, bu SOCAR-ın yaydığı məlumatda qeyd olunub.

"Xəbər verildiyi kimi, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi