Yuxarı

​SOCAR: “Naxçıvanın qazla təchizatının başqa yollarını hazırlayırıq"

Birinci yol Türkiyədən qaz çəkilməsidir

Bakı. 17 fevral. REPORT.AZ/ “Biz İrana qaz veririk, İran isə 15%-lik haqq almaqla Naxçıvana qaz satır”. 

"Report" xəbər verir ki, bunu SOCAR-ın Jurnalistlər üçün keçirdiyi qış məktəbində çıxışı zamanı Azərbaycanın qonşu ölkələrə qaz satması, amma ölkənin bəzi rayonlarında təbii qazın olmaması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirən SOCAR-ın neft-qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib: “Hazırda bu yolla Naxçıvana 1,2 mln. kubmetr qaz veririk. Biz Naxçıvanın qazla təchizatının başqa yollarını da hazırlayırıq. Birinci yol Türkiyədən qaz çəkilməsidir ki, bu da demək olar ki, reallaşmaq üzrədir. Artıq Naxçıvan ərazisində xəttlər çəkilib. Təkcə Türkiyə tərəfi ilə bəzi dəqiqləşdirmələr aparmaq lazımdır. Digər məsələ isə Muxtar respublikada tutumu 300 mln. Kub metr olan qaz anbarının tikilməsidir. Biz artıq bu sahədə müəyyən işlər aparmışıq. Bəzi quyular qazmışıq. Amma hələ yenə bir çox quyu qazılmalıdır”.

R.Qurbanov Qazaxıstanın “Kaşaqan” yatağında hasil edilən neftin BTC vasitəsi ilə dünya bazarına çıxarılması və bunun “Azeri Light”ın keyfiyyətinə mənfi təsir etməsi məsələsi haqqında da danışıb:

““Kaşaqan” nefti indi də BTC vasitəsi ilə daşınır. İndi həmin neft tankerlərlə BTC-yə vurulur. Düzdür, o neftin sıxlığı və kükürdü bizimkindən çoxdur. Amma biz bu nefti elə vururuq ki, “AzeriLight”ın keyfiyyətini aşağı salmasın”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi