SOCAR-ın Türkiyədəki zavodunun LPG istehsalı 22 %-dən çox azalıb

Energetika
  • 28 noyabr, 2023
  • 06:39
SOCAR-ın Türkiyədəki zavodunun LPG istehsalı 22 %-dən çox azalıb

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 15 min 463 tondan çox mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 4 min 491 ton və ya 22,5 % azdır.

Ümumilikdə, 2023-cü ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 102 min 772 tondan çox LPG istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ayı ilə müqayisədə 10 min 312 ton və ya 11,2 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti