SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 6 %-dən çox artırıb

Energetika
  • 30 iyun, 2023
  • 07:07
SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 6 %-dən çox artırıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 639 min 269 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 38 min 234 ton və ya 6,36 % çoxdur.

Ümumilikdə, 2023-cü ilin aprel ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 1 milyon 335 min 415 ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 145 min 162 ton və ya 9,8 % azdır.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti