SOCAR-ın Türkiyədəki NEZ-i xam neft idxalını 24 %-dən çox artırıb

Energetika
  • 29 fevral, 2024
  • 14:20
SOCAR-ın Türkiyədəki NEZ-i xam neft idxalını 24 %-dən çox artırıb

Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 985 min 433 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 192 min 992 ton və ya 24,36 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 22,69 %-i deməkdir.

Ümumilikdə, 2023-cü ilin dekabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 2 milyon 902 min 840 tona yaxın xam neft idxal edilib. Bu, bir il öncəki göstəricidən 635 min 814 ton və ya 28,05 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti