SOCAR-ın Türkiyədəki investisiyaları 20 mlrd. dollara çatdırılacaq

SOCAR-ın Türkiyədəki investisiyaları 20 mlrd. dollara çatdırılacaq Murad LeCompte: "Hazırda bu rəqəm 12,6 mlrd. dollardır"
Energetika
4 Avqust , 2017 13:13
SOCAR-ın Türkiyədəki investisiyaları 20 mlrd. dollara çatdırılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədi Türkiyənin 100-cü ilində (2023-ci ildə) üzərində yaşadığımız torpaqları dünyanın ən əhəmiyyətli enerji dəhlizlərindən birinə çevirməkdir. Bizim də hədəfimiz bunu həm ictimaiyyətə, həm də əlaqədar təşkilatlara doğru şəkildə izah etməkdir". 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte deyib.

Onun sözlərinə görə, hazırda SOCAR Türkiyənin ən böyük xarici investorlarından biridir: “SOCAR-ın investisiyaları 2008-ci ildə “Petkim”i almaqla başlayıb və bu fəaliyyət “SOCAR Turkey” vasitəsilə həyata keçirilir. Şirkətin iri investisiya layihələri arasında “Petkim”, “Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq “STAR” Neft Emal Zavodu, yenə 2018-ci ildə ilk qazın nəql ediləcəyi TANAP var". 

Qurum rəsmisi onu da qeyd edib ki, SOCAR-ın Türkiyədəki investisiyaları getdikcə artırılacaq: “Hazırda sərmayələrin məbləği 12,6 mlrd. ABŞ dollarına çatıb, layihələrin icrası tamamlandıqda bu rəqəm 19,5 mlrd. dolları keçəcək. Bu qədər böyük investisiyanın Türkiyə üçün çox əhəmiyyətli olduğunu düşünürəm”.

Son xəbərlər

Orphus sistemi