SOCAR-ın törəmə şirkəti mənfəətini iki dəfə artırıb
- 06 may, 2024
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“SOCAR Petroleum SA” (SOCAR-ın Rumıniyadakı törəmə şirkəti) 2023-cü ildə 10,7 milyon ley (Rumıniya Mərkəzi Bankının məzənnəsi ilə 2,3 milyon ABŞ dolları) mənfəət əldə edib.
“Report” xəbər verir, bu barədə Rumıniyanın “Termene.ro” platforması “SOCAR Petroleum SA” şirkətinə istinadən məlumat yayıb.
“SOCAR Petroleum SA”nın 2023-cü ildə mənfəəti 10,7 milyon ley təşkil edib və bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur. Keçən il şirkətin həmçinin dövriyyəsi 4,6 % artaraq 2,72 milyard ley (təxminən 581 milyon ABŞ dolları) olub. 2022-ci ildə bu göstərici təxminən 2,6 milyard ley (559,3 milyon ABŞ dolları) təşkil edib”, - məlumatda qeyd edilib.
2023-cü ildə “SOCAR Petroleum SA” şirkətinin işçilərinin orta sayı 697 nəfər olub və bu da əvvəlki illə müqayisədə 1 % çoxdur.
Xatırladaq ki, SOCAR 2011-ci ildə törəmə şirkəti “SOCAR Petroleum SA” vasitəsilə Rumıniya bazarına daxil olub və bu ölkənin yanacaq satışı bazarında mühüm oyunçulardan birinə çevrilib.