Yuxarı

​SOCAR-ın Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu başlayıb

Müraciətlər iyunun 30-dək qəbul ediləcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə “aparatçı” və “nasos qurğusu maşinisti” peşələri üzrə sənəd qəbulu elan edilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər.

Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 30-dək qəbul ediləcək. Qəbul haqqında suallara tis@socar.az elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi