SOCAR-ın stendi Aşqabadda keçirilən OGT sərgisində yüksək qiymətləndirilib
- 25 oktyabr, 2023
- 12:25
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stendi XXVIII Beynəlxalq “Türkmənistanın Neft və Qazı - 2023” (OGT-2023) konfrans və sərgisində yüksək qiymətləndirilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Aşqabadda “Türkmənistanın Neft və Qazı-2023” Beynəlxalq konfrans və sərgisi start götürüb. Tədbirdə SOCAR-ın “Yeni üfüqlər” adlı stendi yüksək qiymətləndirilib. SOCAR-ın prezidenti Rövşən Nəcəf qlobal enerjinin gələcəyinə həsr olunmuş plenar iclasda çıxış edib”, - səfir paylaşımında qeyd edib.
The international conference and exhibition 'Oil and Gas of #Turkmenistan-2023' kicked off in #Ashgabat. At the event, SOCAR's 'New Horizons'-named stand was highly appreciated. SOCAR President @RovshanNajaf made a speech in the plenary session on the Future of Global Energy. pic.twitter.com/QXf3e7BvUx
— Gismat Gozalov (@GismatGozalov) October 25, 2023