SOCAR-ın Karbamid Zavodu xarici öhdəliklərinin 1/3-ni geri qaytarıb

Energetika
  • 25 fevral, 2022
  • 10:31
SOCAR-ın Karbamid Zavodu xarici öhdəliklərinin 1/3-ni geri qaytarıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun tikintisi üçün cəlb edilən kredit resurslarının 1/3-i artıq geri qaytarılıb.

“Report”un məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun fəaliyyəti nəticəsində əldə edilən gəlirlərdən 167 milyon avronu banklara qaytarılıb.

X. Cəfərov bildirib ki, növbəti bir neçə ildə borcun qalan hissəsinidə tamamilə ödənilməyə çalışılacaq.

O xatırladıb ki, bu layihənin ümumi dəyəri 780-800 milyon avro təşkil edib: “İlk əvvəl bu layihə dövlət büdcəsindən maliyyələşdirilib. Vaxtilə SOCAR-ın Karbamid Zavodu layihəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 200 milyon avro ayrılmışdı. Sonradan layihənin maliyyə mənbəyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edildi. Nəzərə alaq ki, zavodun əsas podratçısı Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti idi. Cənubi Koreyanın İxrac-idxal Bankı (KEXIM Bankı) bu layihənin maliyyələşdirilməsinə böyük maraq göstərib. Biz bu bankdan 500 milyon avroluq kredit cəlb etdik. Kreditləşməyə 3 tanınmış Avropa banklarını da cəlb etdik. Burada “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib”.

Qeyd edək ki, “SOCAR Karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

44 filmi