SOCAR-ın İdarəsində Misir şirkətinin nümayəndələri ilə görüş keçirilib

SOCAR-ın İdarəsində Misir şirkətinin nümayəndələri ilə görüş keçirilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Misirin “GeoEnergy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Energetika
27 May , 2019 16:10
SOCAR-ın İdarəsində Misir şirkətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Misirin “GeoEnergy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə TTSİ-nin rəisi Fuad Süleymanov SOCAR-da həyata keçirilən kadr hazırlığı proqramından və xarici şirkətlərlə qurulmuş işgüzar əlaqələrdən danışıb.

Neft-qaz və neft-kimya sənayesində çalışan kadrların müasir səviyyədə hazırlanmasında İdarənin nəzdində fəaliyyət göstərən təlim mərkəzlərinin rolunu vurğulayan F.Süleymanov bir sıra xarici akkreditasiya qurumları tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə beynəlxalq lisenziyaların və sertifikatların təqdim edildiyini də diqqətə çatdırıb.

Səfərin tanışlıq məqsədi daşıdığını qeyd edən “GeoEnergy” şirkətinin nümayəndəsi Mona Elsayed Aladavi təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb, TTSİ-nin təlim mərkəzlərinin imkanlarından faydalanmaq niyyətlərini ifadə edib.

Tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra “GeoEnergy” şirkətinin əməkdaşları Kadr hazırlığının təşkili mərkəzinin resursları, həyata keçirilən tədris prosesi ilə tanış olublar.

Qeyd edək ki, 2009-cu ildən etibarən Yaxın Şərq və Afrika regionunda neft-qaz şirkətlərinə xidmətlər göstərən “GeoEnergy” şirkəti neftin kəşfiyyatına və hasilatına aid məlumatların idarə edilməsi, neft sənayesi sahəsində məsləhət, laboratoriya, seysmik xidmətlərin yerinə yetirilməsi, geologiya, geofizika və petrofizika üzrə təlim həlləri və proqram təminatı istiqamətlərində öz fəaliyyətini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi