SOCAR Gürcüstanın Kvemo-Kartli bölgəsində 27 min nəfəri qazla təmin edib

SOCAR Gürcüstanın Kvemo-Kartli bölgəsində 27 min nəfəri qazla təmin edib Qonşu ölkədə yeni qazpaylayıcı stansiyasının açılış mərasimi keçirilib
Energetika
3 Sentyabr , 2016 12:28
SOCAR Gürcüstanın Kvemo-Kartli bölgəsində 27 min nəfəri qazla təmin edib

Marneuli. 3 sentyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun Qırıxlı kəndində qazpaylayıcı stansiyasının açılışı olub. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə qonşu ölkənin energetika naziri Kaxa Kaladze, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezident Rövnəq Abdullayev və "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov iştirak ediblər.

Bildirilib ki, yeni qaz xətti 259 abunəçini təbii qazla təmin edəcək. Ümumilikdə isə Kvemo-Kartliyə 1 027 km uzunluğunda təbii qaz xətti çəkilib, 26 847 abunəçi mavi yanacaqla təmin olunub. Bu ilin sonuna qədər daha 158 km-lik qazpaylayıcı şəbəkənin tikintisi nəzərdə tutulub. Bu da daha 3 434 abunəçinin qazla təmin olunmasına imkan verəcək. Həmçinin, ilin sonuna qədər daha 1 600 km-lik qaz xəttinin çəkilməsi planlaşdırılıb ki, bu da 40 min abunəçinin qazla təminatı deməkdir.

Xatırladaq ki, 2009-cu ildən bu günə qədər "SOCAR Georgia" şirkəti Gürcüstanda 5 360 km-lik qazpaylayıcı şəbəkə tikib və 209 136 abunəçiyə qaz verib. Ümumiyyətlə isə Şirkətin Gürcüstanda 7 000 km-lik qazpaylayıcı şəbəkə tikmək barədə investisiya öhdəliyi var. Bu da 250 min abunəçinin mavi yanacaqla təminatı deməkdir.

Son xəbərlər

Orphus sistemi