SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq

SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq Pakistan hökuməti təbii qaz böhranını aradan qaldırmaq üçün plan hazırlayıb
Energetika
29 Dekabr , 2020 16:17
SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq

Pakistan hökuməti təbii qaz böhranını aradan qaldırmaq üçün plan hazırlayıb.

“Report”un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistan Baş nazirinin neft məsələləri üzrə köməkçisi Hadim Babar bildirib.

Bununla bağlı artıq Pakistan gələn ilin fevral ayı üçün LNG yükünün idxalı üçün müraciət edib və qaliblər müəyyən edilib.

Belə ki, “Pakistan LNG Limited” (PLL) şirkəti ən ucuz qiymətlər təklif edib. Şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 20,8483 - 23,4331 % aralığında dəyişir. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral və 23-23 fevral tarixləri müəyyən olunub.

PLL iki LNG yükünün alınması ilə bağlı tender elan edib və 5 LNG satıcısından müraciət daxil olub. Bu müraciəti edən şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Trafigura”, “Gunvor” və ENOC var.

SOCAR Pakistana LNG qazının çatdırılması üçün ən ucuz qiyməti təklif edib. Belə ki, SOCAR-ın 1 milyon mmbtu (Britaniya istilik vahidi) üçün təklif etdiyi qiymət 10,5 ABŞ dolları olub. Yükün çatdırılma müddəti isə 15-16 fevral tarixlərində baş tutacaq. ENOC isə fevralın 23-24-də çatdırılma ilə 1 milyon mmbtu üçün təklif etdiyi qiymət 11,70 ABŞ dolları olub.

“Gunvor” şirkəti “Brent” markalı neftin qiymətinə nisbətdə 25,5666 % və 23,5666 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral və 23-24 fevral tarixləri müəyyən olunub.

Digər tədarükçü şirkət isə “Trafigura” olub. Bu şirkətin iki müraciəti qəbul edilib. Şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 32,4888 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 15-16 fevral müəyyən olunub. İkinci lot üzrə isə təklif edilən qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 25,9777 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 23-24 fevral tarixləri müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi