“SOCAR Enerqoresurs” Rusiyanın Tümen vilayəti ilə əməkdaşlıq edəcək

“SOCAR Enerqoresurs” Rusiyanın Tümen vilayəti ilə əməkdaşlıq edəcək Fərid Cəfərov: "Müasir neft şirkətinin əsas vəzifəsi daim dəyişən bazar şəraitində qeyri-standart və effektiv həlləri tez bir zamanda tapmaqdır"
Energetika
23 Sentyabr , 2020 13:20
“SOCAR Enerqoresurs” Rusiyanın Tümen vilayəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı törəmə şirkəti “SOCAR Enerqoresurs”un birgə səyləri ilə regionun iqtisadiyyatını inkişaf etdirmək üçün Tümen vilayəti ilə əməkdaşlıq etməyi planlaşdırır.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün “SOCAR Enerqoresurs” şirkətinin baş direktoru Fərid Cəfərov və Tümen vilayətinin qubernatoru Aleksandr Moor arasında sosial-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanacaq. Sazişin imzalanması Tümendə keçirilən Tümen Neft-qaz Forumunun sərgi stendində baş tutacaq.

Məlumata görə, ötən gün isə Tümen Neft-qaz Forumunda yeni nəsil neft-qaz şirkəti olan “SOCAR-Enerqoresurs”un təqdimatı keçirilib.

Bildirilir ki, "SOCAR Enerqoresurs" istehsalatda ekoloji cəhətdən təmiz və ən son texnologiyalardan istifadəni özünün ən prioritet vəzifəsi olaraq qoyur. “SOCAR Enerqoresurs”un Rusiyadakı aktivi olan Antipinsk Neft Emalı Zavodu ilə bağlı stendin ekranlarında video çarx nümayiş olunur.

“SOCAR Enerqoresurs” şirkətinin baş direktoru Fərid Cəfərov bildirib ki, müasir neft şirkətinin əsas vəzifəsi daim dəyişən bazar şəraitində qeyri-standart və effektiv həlləri tez bir zamanda tapmaqdır.

Onun sözlərinə görə, bu səbəbdən şirkət daxilində və tərəfdaşlarla etibarlı əlaqələrin qurulmasına, ətraf mühitə maksimum sosial məsuliyyət və qayğı ilə ən yeni texnologiyaların istehsalında tətbiq edilməsinə xüsusi diqqət yetirilir: “Bir il əvvəl Rusiya bazarında yeni bir neft şirkəti təqdim etdik. Onun yaranması “Sberbank” və SOCAR daxil olmaqla, unikal bir səhmdarlar konsorsiumu sayəsində mümkün olub. Mütəxəssislərimizin ən yaxşı peşəkar təcrübələrini, innovasiyalarını və uzun illərin təcrübəsini özündə cəmləşdirərək, biz Rusiyada nadir xüsusiyyətlərə malik olan biznes layihə qurmuşuq ki, bu layihə yalnız özünün canlılığını sübut etmir, həm də gələcək inkişaf potensialını nümayiş etdirir”.

Qeyd edək ki, “SOCAR Enerqoresurs” şirkəti bir il əvvəl “Sberbank” və SOCAR-ın da daxil olduğu bir qrup investor tərəfindən qurulub. Şirkətin qurucuları onu “yeni nəsil neft şirkəti” adlandırırlar.

Son xəbərlər

Orphus sistemi