"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib

"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib Bakı. 20 oktyabr. REPORT.AZ / SOCAR Energy Ukraine şirkəti Ukraynada iki innovasiya həllini tətbiq edib.
Energetika
20 Oktyabr , 2018 12:22
SOCAR Energy Ukraine iki innovasiya həllini tətbiq edib
autoweek.com.ua

Bakı. 20 oktyabr. REPORT.AZ / "SOCAR Energy Ukraine" şirkəti Ukraynada iki innovasiya həllini tətbiq edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, onlardan biri "Touch ID" və "Face ID" biometrik "datçik"lərin köməyi ilə "SOCAR level" tətbiqində hesablama funksiyasıdır.

Bundan başqa, şəbəkə yanacaqdoldurma komplekslərinin ticarət zallarında İsveçrə istehsallı "Franke" qəhvə maşınlarını qurub.

"Bundan sonra qəhvə sifariş etmək üçün kassada növbəyə durmaq lazım gəlməyəcək. Mobil tətbiq vasitəsilə ödəniş prosesi bir neçə saniyə çəkir", - "SOCAR Energy Ukraine" şirkətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Yanacağın ödənilməsi üçün maşından çıxmadan benzin kolonkasında QR-kodu skan edərək lazımi həcmdə yanacaq seçmək və "SOCAR level" tətbiqində bank kartı vasitəsilə əməliyyat aparmaq kifayətdir.

Xatırladaq ki, avqustda şirkət "SOCAR level" mobil tətbiqini istifadəyə verib, onun köməyi ilə avtomobildən çıxmadan yanacaq doldurmaq mümkündür. Bu tətbiq smartfon vasitəsilə şəbəkədə istənilən məhsul və ya yanacaq üçün ödəniş etməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi