Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report”un Ukraynanın “A-95 Konsaltinq Qrupu”nun hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən il ərzində Ukraynaya ümumilikdə idxal edilən təyyarə yanacağının 4%-ni təşkil edir.
Məlumata görə, 2018-ci ildə Ukraynaya idxal edilən təyyarə yanacağının ümumi həcmi 565,8 min ton olub. Bu isə 2017-ci ilin ümumi göstəriciləri ilə müqayisədə 68,4% çoxdur.
Qeyd edək ki, ötən il bu ölkəyə təyyarə yanacağı əsasən ənənəvi bazarlardan - Litva və Belarusdan gətirilib. İdxal edilən təyyarə yanacağının 37%-i dəmir yolu, 63%-i isə dəniz yolu ilə ölkəyə gətirilib. İdxalı əsasən 30 şirkət həyata keçirib.