SOCAR: ELOU-AVT-6 qurğusunun Neft Emalı Zavoduna köçürülməsi ilə bağlı tender prosesi davam edir

SOCAR: ELOU-AVT-6 qurğusunun Neft Emalı Zavoduna köçürülməsi ilə bağlı tender prosesi davam edir Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunda olan ELOU-AVT-6 (neftin ilkin emalı) qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi ilə bağlı tender prosesi gedir.
Energetika
20 Noyabr , 2018 14:42
SOCAR: ELOU-AVT-6 qurğusunun Neft Emalı Zavoduna köçürülməsi ilə bağlı tender prosesi davam edir

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunda olan ELOU-AVT-6 (neftin ilkin emalı) qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi ilə bağlı tender prosesi gedir.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi üzrə bütün əsas tenderlərin müəyyən edilməsi yekunlaşıb: “ELOU-AVT qurğusunun köçürülməsi ilə bağlı elan edilmiş tender sonuncu tenderdir və bununla da bütün əsas tenderlər yekunlaşmış olacaq. Sonradan podratçılar subpodratçıların müəyyən edilməsi ilə bağlı özləri tender elan edə bilərlər”.

Qeyd edək ki, keçmiş "Azərneftyağ" zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan ELOU-AVT qurğusunun vakuum bloku ilə birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi prosesinin 2020-ci ilin sonunda yekunlaşması gözlənilir. Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramının 2021-ci ilin I rübündə başa çatması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi