SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edirAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) noyabrın 4-7-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq neft sərgisi və konfransında iştirak edir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) noyabrın 4-7-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq neft sərgisində və konfransında iştirak edir.
“Report” xəbər verir ki, bu barədə SOCAR “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı-ADIPEC 2024”də SOCAR öz stendi ilə təmsil olunur”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, ADIPEC 2024 konfransında insanlara, planetə fayda verəcək ümumi iqtisadi transformasiyanın sürətləndirilməsində enerjinin rolu araşdırılacaq. Müxtəlif ölkələri təmsil edən 16 min 500-dən çox nümayəndənin qatıldığı konfransda 1600-dən çox spiker yer alıb. Konfrans çərçivəsində 350-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulub.