SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub

SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin sədrliyi ilə onlayn müşavirə keçirilib.
Energetika
15 May , 2020 09:42
SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub
0 : 00
0 : 00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin sədrliyi ilə onlayn müşavirə keçirilib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR-ın rəhbər heyətinin və şirkətin strukturuna daxil olan müəssisə rəhbərlərinin qatıldığı müşavirədə OPEC+ razılaşmasından irəli gələn tədbirlərin icrası ilə bağlı cari vəziyyət müzakirə olunub.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min bareli keçməməlidir.

Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi