SOCAR-da maaşların orta həddi 10% artıb

SOCAR-da maaşların orta həddi 10% artıb 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 763,18 mln manat olub.
Energetika
2 Sentyabr , 2020 13:48
SOCAR-da maaşların orta həddi 10% artıb
0 : 00
0 : 00

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əmək haqqı və digər ödənişləri 763,2 milyon manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə şirkətin 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2018-ci il ilə 81 milyon manat və yaxud 10% çoxdur.

Ötən il işçilərə hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşları 380,5 milyon manat və yaxud əmək haqqı fondunun 50%-i qədər olub.

Hesabat dövründə SOCAR-ın işçilərin orta aylıq əmək haqqı 1 234 manat təşkil edib ki, bu da illik müqayisədə 113 manat və yaxud 10% çoxdur.

Əmək haqqı fondunun, eləcə də işçilərin orta aylıq əmək haqqının artması “SOCAR-ın srtukturuna daxil olan qurumlarda fəaliyyət göstərən işçilərin tarif (vəzifə) maaşlarının artırılması haqqında” əmr-qararla bağlıdır. Bu əmr-qərara əsasən, SOCAR-da çalışan işçilərin tarif (vəzifə) maaşları 01.09.2019-cu il tarixdən 20% artırılıb, habelə şirkətdə işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə mütamadi işlər aparılır.

İngilis versiyası SOCAR increases salaries 10%

Son xəbərlər

Orphus sistemi