SOCAR bu il 253 min ton dizel yanacağı ixrac edib

SOCAR bu il 253 min ton dizel yanacağı ixrac edib Apreldə dünya bazarında "BTC FOB Ceyhan" tipli xam neft 53,83 dollar/barelə satılıb
Energetika
1 May , 2017 17:25
SOCAR bu il 253 min ton dizel yanacağı ixrac edib

Bakı. 1 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 47 090 ton dizel yanacağı, 3 926 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, İdarə apreldə 117 ton soba mazutu, 8 314 ton yüksək təzyiqli polietilen, 358 ton mütləqləşdirilmiş izopropil spirti, 4 710 ton maye piroliz qətranı, 2 908 ton propilen və 1 405 ton butilen-butadien fraksiyası ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 252 918 ton dizel yanacağı, 18 822 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 32 593 ton yüksək təzyiqli polietilen, 4 348 ton mütləqləşdirilmiş izopropil spirti, 21 922 ton maye piroliz qətranı, 14 096 ton propilen və 10 083 ton butilen-butadien fraksiyası ixrac edilib.

2017-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 555,19 ABŞ dolları, təyyarə yanacağı - 493,19 dollar, dizel yanacağı - 460,89 dollar, 1%-li kükürdlü mazut - 306,35 dollar, yüksək təzyiqli polietilen - 1 260 dollar, butilen-butadien fraksiyası - 758,81 dollar, maye piroliz qətranı - 555,19 dollar, propilen - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1 575 avro təşkil edib.

Aprel ayında dünya bazarında “Brent” tipli xam nefti 52,54 dollar/barelə, “Urals” - 51,75 dollar/barelə, "BTC FOB Ceyhan" isə 53,83 dollar/barelə satılıb.

Son xəbərlər