SOCAR: Azərbaycan nefti üçün daim yeni satış bazarları axtarılır

SOCAR: Azərbaycan nefti üçün daim yeni satış bazarları axtarılır Yeni alıcılardan daxil olan təkliflər təhlil edilir və müqayisə aparılır
Energetika
7 Yanvar , 2016 16:22
SOCAR: Azərbaycan nefti üçün daim yeni satış bazarları axtarılır

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə hasil olunan xam neft üçün daim yeni satış bazarlarının axtarışındadır. Bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

"Ümumi qayda belədir ki, satış bazarlarının şaxələndirilməsi satıcı ölkənin təhlükəsizliyini təmin edir və sövdələşmə prosesində satıcı üçün üstünlük, yəni daha sərfəli qiymətin təyin edilməsi üçün şərait yaradır. Buna görə də dünya bazarında müşahidə olunan dəyişikliklərdən asılı olmayaraq, SOCAR Azərbaycan nefti üçün daim yeni bazarların axtarışındadır", - deyə şirkətdən bildirilib.

Qeyd olunub ki, yeni alıcılardan daxil olan təkliflər təhlil edilir və müqayisə olunur: "Təhlilçilərimiz müxtəlif bazarların dinamika və tələbatını araşdırır. Bu proseslər mütəmadi şəkildə həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi