SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 28 oktyabr, 2024
  • 09:18
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu (NEZ) 336 min 425 tondan artıq dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 175 min 826 tona yaxın və ya 34,3 % azdır.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 288 min 566 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 156 min 164 ton və ya 10,8 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti