“SOCAR AQŞ” şirkəti Türkiyənin enerji təhlükəsizliyində çox mühüm əhəmiyyətə malik olan “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində layihə dərinliyi 1520 m olan 40 ədəd quyunun qazılmasını həyata keçirir.
“Report” xəbər verir ki, hazırda 11 quyuda tamamlama işləri, 6 quyuda əsas qazma işləri davam etdirilir, daha 4 quyuda isə qazma işlərinə start verilib.
Layihəyə 2019-cu ildə başlanılıb və 2020-ci ilin oktyabr ayında 40 quyunun layihə dərinliyinə çatdırılaraq sifarişçiyə təhvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyənin Aksaray vilayətinin Düz gölü bölgəsində qaz anbarının genişləndirilməsi ilə bağlı “
“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.