"SOCAR AQŞ" “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb

"SOCAR AQŞ" “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb Bakı. 22 fevral. REPORT.AZ/ “SOCAR AQŞ” MMC “Günəşli” yatağında (dayazsulu) növbəti quyuda qazma işlərinə başlayıb.
Energetika
22 Fevral , 2018 17:06
SOCAR AQŞ “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ “SOCAR AQŞ” MMC “Günəşli” yatağında (dayazsulu) növbəti quyuda qazma işlərinə başlayıb.

“Report” xəbər verir ki, 321 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2810 metr təşkil edir. 

Sifarişçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyidir.

Xatırladaq ki, “SOCAR-AQŞ”ni inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti 2007-ci ildə təsis edib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. 

Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. 2017-ci ildə “SOCAR AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən, sertifikatlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi