SOCAR-a iş üçün 142 min nəfər müraciət edib

Energetika
  • 04 iyun, 2015
  • 09:40
SOCAR-a iş üçün 142 min nəfər müraciət edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2011-2015-ci illər ərzində 3 244 vakansiya elan edilib və bu vakansiyalar üzrə 3 063 nəfər işə qəbul olunub. "Report" xəbr verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib. 

X.Məmmədovun sözlərinə görə, vakansiyalar üzrə 141 596 müraciət qeydə alınıb: "İş üçün müraciət edənlərin 35 852 nəfəri test imtahanlarında iştirak edib. Onlardan 4 564-ü müsahibələrdə, 6 114 nəfər isə peşə hazırlığı sınağı imtahanlarında iştirak edib. İmtahanlarda iştirak edən 1 295 nəfər ehtiyat siyahıya əlavə edilib".

X.Məmmədov SOCAR-ın 2006-cı ildən təqaüd proqramına başladığını və bu vaxta qədər proqram çərçivəsində 250 nəfərin xarici ölkələrdə təhsil aldığını deyib: "Onlardan 205 nəfər artıq məzundur, 45 nəfər isə hazırda təhsil alır. Daxili təqaüd proqramına müraciət edənlərin sayı 11 215 nəfər olub ki, onlardan 952 nəfəri təqaüd qazanıb".

44 filmi