Səudiyyə Ərəbistanı naziri: "2019-cu ildə neftin qiyməti 100 dollar/barel həddini keçə bilər"
- 22 oktyabr, 2018
- 05:43
Bakı.22 oktyabr. REPORT.AZ/ "Dünya neft bazarında təchizat həcmindəki qeyri-müəyyənlikdavam edir. Buna İrana qarşı sanksiya tətbiqi təhlükəsi və bir sıra digər ölkələrdəntəchizatın azalması təsir edir. Ona görə də 2019-cu ildə neftin qiymətinin 100dollar/barel həddini keçə biləcəyi istisna edilmir".
"Report"TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziriXalid əl-Fələh bildirib.
"Digəristehsalçıların başına nələr gələcəyini bilmədiyimdən sizə nədəsə təminat verəbilmərəm. Səudiyyə Ərəbistanının oktyabr ayındakı hasilatı sutkada 10,7 milyonbarel təşkil edir. Deyə bilərəm ki, ehtiyac olacağı təqdirdə bu göstəricini sutkada12 milyon barelə çıxa bilərik, buna əmin ola bilərsiniz. Amma bazardan 3 milyonbarel yoxa çıxsa, bu həcmi bərpa edə bilməyəcəyik, ona görə də anbarlardakı neftehtiyatlarından istifadə etməli olacağıq", - nazir neftin qiymətinin hazırkı 80 dollar/barel həcmindən 100 dollar/barelə qədər qalxmasının mümkünlüyü ilə bağlı verilmiş sualı cavablandırarkən vurğulayıb.
O, həmçinin azalan təklifi normada saxlamaq və qiymətlərdə yeni növbəti pik nöqtəyəqalxmaqdan yayınmaq üçün OPEC+ ölkələrinin iyul ayından etibarən istehsalı artırdığınıxatırladıb: "Bazar kəsirdən qorxur və hasilatın azaldılması üzrə əvvəlki biril yarımdakı siyasəti davam etdirsəydik, yenidən neftin qiymətinin bir barelə görə100 dollar həddini keçdiyini görərdik. Ona görə də tədbirlər gördük".