​Səngəçal terminalından 75 mln. bareldən artıq neft və kondensat ixrac edilib

​Səngəçal terminalından 75 mln. bareldən artıq neft və kondensat ixrac edilib Bu göstərici ötən ilin müvafiq dövründən 5% azdır
Energetika
24 May , 2016 16:37
​Səngəçal terminalından 75 mln. bareldən artıq neft və kondensat ixrac edilib

Bakı. 24 may. REPORT.AZ/ Cari ilin I rübündə Səngəçal terminalı 75 mln. bareldən artıq neft və kondensat ixrac edib ki, bu da ötən ilin müvafiq dövründən 5,3% azdır.

"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, birinci rübdə təqribən 67 mln. barel (2,9% az) Bakı-Tbilisi-Ceyhan (BTC) və 8 mln. bareldən (ötən ilin analoji dövrü ilə eyni) artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə ixrac edilib.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,4 mln. kubmetr (1,039 mlrd. standart kubfut) "Şahdəniz" qazı ixrac edilib.

Qeyd edək ki, AÇG və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi