​Səfir: "Cənub qaz dəhlizi" layihəsi enerji bazarında qeyri-stabilliyə tab gətirəcək"

​Səfir: "Cənub qaz dəhlizi" layihəsi enerji bazarında qeyri-stabilliyə tab gətirəcək" "Bizim layihəmizin artıq alıcıları var, ona vəsait ayrılıb, onun sərmayədarları var"
Energetika
2 Fevral , 2016 07:55
​Səfir: Cənub qaz dəhlizi layihəsi enerji bazarında qeyri-stabilliyə tab gətirəcək

Bakı. 2 fevral. REPORT.AZ/ "Cənub qaz dəhlizi" layihəsi sıxlaşmış enerji bazarı və aşağı qiymətlərə müqavimət göstərə biləcək.

"Report" xəbər verir ki, bunu "Sputnik"ə açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib.

"Bizim "Cənub qaz dəhlizi" layihəmizin artıq alıcıları var, ona vəsait ayrılıb, onun sərmayədarları var", - deyə səfir bildirib və əlavə edib ki, bazar şərtlərinin layihənin inkişafına təsir edəcəyi "gözlənilmir".

"Cənub qaz dəhlizi" layihəsi 2019-cu ilədək Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazisindən keçməklə İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərləri sisteminin tikintisini nəzərdə tutur. Onun maksimum buraxılış imkanları ildə 10 milyard kubmetr təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi