Azərbaycan neft hasilatı, sənaye və elm sahələrində Rusiya şirkətləri ilə əməkdaşlığa hazırdır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Yekaterinburqda jurnalistlərə bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan neft hasilatı sahəsində əlaqələri və münasibətləri aktivləşdirmək üçün çox yaxşı zəmin və şərtlərə malikdir.
"Əlbəttə ki, biz təkcə neft hasilatı və neft-qaz sahəsində deyil, bütün spektr üzrə əməkdaşlıqda maraqlıyıq. Ural federal dairəsi və Sverdlovsk vilayəti sənaye və elmi potensial baxımından Rusiyanın mərkəzi regionlarıdır. Rusiya Federasiyasında lider olduğunuz bütün istiqamətlərdə qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün perspektivlər görürük", - o qeyd edib.
Qeyd edək ki, Sverdlovsk vilayətində dörd neft yatağı kəşf edilib.