​"Şahdəniz" yatağından bu il 4,5 mlrd. kubmetr qaz hasil olunub

​"Şahdəniz" yatağından bu il 4,5 mlrd. kubmetr qaz hasil olunub İndiyədək yataqdan ümumilikdə 72 mlrd. kubmetr qaz və 16 mln. ton kondensat hasil edilib
Energetika
3 İyun , 2016 10:35
​Şahdəniz yatağından bu il 4,5 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 72 mlrd. kubmetr qaz və 18 mln. ton kondensat hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Beynəlxalq neft-qaz konfransında çıxışında bildirib.

X.Yusifzadənin sözlərinə görə, 2016-cı il ərzində iyunun 1-dək "Şahdəniz" yatağından 4,5 mlrd. kubmetr qaz, 1 mln. ton kondensat hasil olunub.

SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.

Son xəbərlər

Orphus sistemi