Sabirabad rayonunun daha bir kəndinə qaz verilib

Sabirabad rayonunun daha bir kəndinə qaz verilib Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
6 Mart , 2017 15:39
Sabirabad rayonunun daha bir kəndinə qaz verilib
azeriqaz104.az

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Sabirabad rayonunun Qasımbəyli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 316 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 636 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 28 004 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 316 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Son xəbərlər

Orphus sistemi