Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır.
Energetika
30 İyun , 2024 20:15
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən “Aİ-95” markalı avtomobil benzini istehsalına başlanılır.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

”SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir”, - məlumatda qeyd olunur.

Bildirilir ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib.
“Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan ”Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”, - SOCAR-dan bildirilib.

Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan “Aİ-95” markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.

Məlumatda vurğulanır ki, Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun15-dən bazarın konyukturasına uyğun olaraq, 0,40 manat ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi