Sabah Bakının 5 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Bakının 5 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq Həmçinin, Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq
Energetika
9 Fevral , 2016 19:38
Sabah Bakının 5 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-da Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Abşeron rayonları, həmçinin Qazax rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsinin A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi zəruriyyəti ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci km qəsəbəsində, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi və Yeni Günəşli massivində, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, həmçinin saat 10:00-dan 18:00-dək Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi