Rusiya və ABŞ dünyada neft bazarının sabitləşməsini müzakirə ediblər

Rusiya və ABŞ dünyada neft bazarının sabitləşməsini müzakirə ediblər Rusiya və ABŞ-ın energetika nazirlərinin müavinləri Pavel Sorokin və Devid Turk Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin konfransında görüşüb və dünya neft bazarının sabitləşdirilməsi məs
Energetika
11 Noyabr , 2021 08:08
Rusiya və ABŞ dünyada neft bazarının sabitləşməsini müzakirə ediblər

Rusiya və ABŞ-ın energetika nazirlərinin müavinləri Pavel Sorokin və Devid Turk Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin konfransında görüşüb və dünya neft bazarının sabitləşdirilməsi məsələlərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər həmçinin iqlim gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıblar.

Rusiya və ABŞ Energetika Nazirliyi arasında görüşlər olduqca nadirdir. Sonuncu belə təmaslar 2020-ci ilin ortalarında neft hasil edən ölkələrin, o cümlədən ABŞ-ın neft bazarında vəziyyəti sabitləşdirmək üçün təcili olaraq birgə qərarlar qəbul etməli olduğu zaman baş verib.

Son xəbərlər

Orphus sistemi