Rusiya investorları Azərbaycanda enerji layihələrində iştiraka dəvət edilib

Rusiya investorları Azərbaycanda enerji layihələrində iştiraka dəvət edilib Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov ilə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət sahəsində Beynəlxalq Əməkdaşlıq və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya İşgüzar mis
Energetika
19 Noyabr , 2021 15:53
Rusiya investorları Azərbaycanda enerji layihələrində iştiraka dəvət edilib

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji potensialı, enerji infrastrukturunun bərpası üzrə görülən işlər və planlar barədə Bakıda səfərdə olan Rusiya İşgüzar missiyasının nümayəndə heyətinin diqqətinə çatdırılıb. Rusiya şirkətləri ölkəmizdə enerji layihələrində investor qismində iştiraka dəvət edilib.

“Report” Energetika Nazirliyinə istinadənxəbər verir ki, bu gün energetika nazirinin müavini Elnur Soltanov ilə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət sahəsində Beynəlxalq Əməkdaşlıq və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya İşgüzar missiyasının nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edilib, Rusiya şirkətlərinin ölkəmizdə enerji sahəsinin inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakından məmnunluq ifadə olunub.

Azərbaycanda energetika, o cümlədən “yaşıl enerji” sahəsində reallaşdırılan layihələr barədə də məlumat verilib.

Qarşı tərəfdən müvafiq sahələrdə fəaliyyət göstərən Rusiya şirkətləri barədə ümumi məlumat verilərək, ölkəmizdə həyata keçirilən layihələrdə iştiraka maraq ifadə olunub. Bununla əlaqədar olaraq, Azərbaycanda həyata keçiriləcək layihələr və Rusiya şirkətləri barədə ətraflı məlumatların qarşılıqlı mübadiləsi ilə bağlı razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi