Rusiya İqtisadi İnkişaf Nazirliyi: Neftin qiyməti düşəcək

Rusiya İqtisadi İnkişaf Nazirliyi: Neftin qiyməti düşəcək "2018-ci ilin ilk rübünün sonuna qədər sabit qiymətlərin olacağını ehtimal edirik"
Energetika
31 Avqust , 2017 20:17
Rusiya İqtisadi İnkişaf Nazirliyi: Neftin qiyməti düşəcək
Choiz.m

Bakı. 31 avqust. REPORT.AZ/ 2018-ci ilin ortalarına neftin qiyməti 41-42 dollar/barelə geriləyəcək.

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin 2020-ci ilə qədər ölkənin sosial-iqtisadi inkişafının yenilənmiş proqnozlarının təqdimatında verib.

"2018-ci ilin ilk rübünün sonuna qədər mümkün qədər sabit qiymətlərin olacağını ehtimal edirik, ikinci rübdə isə qiymətlərin 41-42 dollar/barelədək azalacağını gözləyirik".

Bununla da "Ural" markalı neftin orta illik qiyməti 2017-ci ildə 49 dollar/barel, 2018-ci ildə 43,8 dollar/barel təşkil edəcək. Əvvəlki proqnozlara görə isə qiymətlər müvafiq olaraq 45,6 və 40,8 dollar/barel olub. 2019-cu il üçün proqnoz 41,6, 2020-ci il üçün isə 42,4 dollar/barel səviyyəsində sabit saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi