"Rosneft" rəhbəri: "OPEC azalan neft hasilatını kompensasiya edə bilməyəcək"

"Rosneft" rəhbəri: "OPEC azalan neft hasilatını kompensasiya edə bilməyəcək" Bakı. 25 oktyabr. REPORT.AZ/ OPEC-in əlavə hasilat imkanları azalan hasilatı kompensasiya etmək üçün kifayət deyil.
Energetika
25 Oktyabr , 2018 16:36
Rosneft rəhbəri: OPEC azalan neft hasilatını kompensasiya edə bilməyəcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ OPEC-in əlavə hasilat imkanları azalan hasilatı kompensasiya etmək üçün kifayət deyil.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Rosneft" şirkətinin rəhbəri İqor Seçin İtaliyanın Verona şəhərində keçirilən Avrasiya İqtisadi Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, "Total"ın İrandakı layihələrdən çəkilməsi, ABŞ-ın Venesuelaya qarşı sanksiyaları, Liviya, Suriya və digər bölgələrdəki qeyri-sabitlik yeni layihələrin tətbiqinə mane olur.

"Bugünkü əlavə hasilat imkanları son on ildə ən aşağı səviyyədədir. Və OPEC-in, əsasən, ABŞ Administrasiyasının addımları ucbatından azalan hasilatı kompensasiya edə bilməyəcəyi ilə bağlı birbaşa təhlükə var. Hər hansı əlavə xarici mənfi hadisə neftin qiymətində kəskin artıma gətirib çıxara bilər və bu, dünya iqtisadiyyatı üçün riskləri gücləndirəcək və son onilliyin iqtisadi artım tsiklini tamamlayacaq", - İ.Seçin vurğulayıb.

O qeyd edib ki, bundan hamı, ilk növbədə, Çin, Hindistan və ən kasıb istehlakçı ölkələr zərər görəcək. Bununla belə, "Rosneft" şirkətinin rəhbəri hesab edir ki, sonda amerikalı və avropalı istehlakçılar bundan əziyyət çəkəcək.

Son xəbərlər

Orphus sistemi