Bu gün Avropanın enerji xəritəsi dəyişir və təsadüfi deyil ki, Serbiya – Bolqarıstan interkonnektoru ümumi maraqların layihəsidir.
“Report” Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Bolqarıstanın Prezidenti Rumen Radev söyləyib.
O qeyd edib ki, Azərbaycan enerji resurslarının təchizatında etibarlı tərəfdaşdır.
"Bu gün biz təkcə şəbəkələrimizi birləşdirmirik. Layihə Serbiya, Azərbaycan və Bolqarıstan arasında uğurlu əməkdaşlığın rəmzidir. Bu, kəmərin keçdiyi ərazilərə investisiya marağını artıracaq", - Rumen Radev deyib.