Qətər şirkəti Ukraynada qaz hasil edəcək

Qətər şirkəti Ukraynada qaz hasil edəcək Ukraynanın Energetika Nazirliyi “Qatar Petroleum” dövlət şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Energetika
6 Aprel , 2021 12:10
Qətər şirkəti Ukraynada qaz hasil edəcək

Ukraynanın Energetika Nazirliyi Qətərin “Qatar Petroleum” dövlət şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər Ukraynada qaz kəşfiyyatı və hasilatı sahəsində birlikdə işləmək niyyətindədirlər.

Ukrayna prezidenti Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Qətərdə işgüzar səfərdədir və ölkələr arasında bir sıra müqavilələr imzalanıb. Dövlətlər xüsusən Ukraynada qaz kəşfiyyatı və hasilatı, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün Qətərdən investisiyaların cəlb edilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Ukraynanın energetika naziri vəzifəsini icra edəm Yuriy Vitrenkonun sözlərinə görə, Qətər Ukraynada qaz kəşfiyyatı və hasilatına yatırımlar üçün dəyərli təcrübəyə və əhəmiyyətli maliyyə mənbələrinə malikdir: “Öz qaz hasilatının artırılması, qaz tədarükünün mənbələrinin şaxələndirilməsi Ukraynadakı qaz istehlakçılarının maraqlarına cavab verir, həmçinin davamlı iqtisadi inkişafa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək”.

Qeyd edilir ki, memorandum üç il müddətində qüvvədə olacaq və avtomatik olaraq eyni müddətə uzadıla biləcək.

Son xəbərlər

Orphus sistemi