“Qazprombank” Azərbaycana “yaşıl” mexanizmlər təklif edib

“Qazprombank” Azərbaycana “yaşıl” mexanizmlər təklif edib Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı diqqətə çatdırılıb
Energetika
30 İyun , 2021 10:28
“Qazprombank” Azərbaycana “yaşıl” mexanizmlər təklif edib

Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.

Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.

Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi