"Qazprom" Tacikistanın neft-qaz hasilatı ilə bağlı ümidini doğrultmayıb

"Qazprom" Tacikistanın neft-qaz hasilatı ilə bağlı ümidini doğrultmayıb Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın təbii qaz inhisarçısı Qazprom şirkəti Tacikistanda neft və qaz kəşfiyyatı işlərini dayandırır.
Energetika
19 İyul , 2018 11:32
Qazprom Tacikistanın neft-qaz hasilatı ilə bağlı ümidini doğrultmayıb
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın təbii qaz inhisarçısı "Qazprom" şirkəti Tacikistanda neft və qaz kəşfiyyatı işlərini dayandırır.

"Report" "Asia-Plus" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Baş Geologiya İdarəsinin rəisin müavini Rəhmonbəy Bəxtdövlətov bildirib. 

Onun sözlərinə görə, mövcud avadanlıq və texnologiyalar ölkədəki neft və qaz ehtiyatlarını hasil etməyə imkan vermir: "Biz bu məsələdə "Qazprom"a ümid bağlamışdıq. Hesab edirdik ki, onlar öz gücləri ilə nə isə edə biləcəklər. Bir quyu qazıb yataq barədə məlumat almaq mümkün deyil. Onlar isə bir quyu qazıb deyirlər ki, Tacikistanda neft və qaz yoxdur. Bir yox, iki-üç quyu qazmaq lazım idi", - R.Bəxtdövlətov bildirib.

Son xəbərlər

Orphus sistemi