Qazaxıstanın energetika naziri: "Üç ilə "Kaşaqan" yatağında neft hasilatı artacaq"

Qazaxıstanın energetika naziri: "Üç ilə "Kaşaqan" yatağında neft hasilatı artacaq"
Energetika
1122
26 Dekabr , 2018 12:16
Qazaxıstanın energetika naziri: Üç ilə Kaşaqan yatağında neft hasilatı artacaq
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ "Kaşaqan" yatağında neft hasilatının artırılması üzrə layihələr aktiv tempdə davam edir, operatorla (NCOC) gələcək genişlənmənin konsepsiyasını işləyib hazırlayırıq. Gələn ilin ilk rübündə bu barədə məlumat verəcəyik. Amma qarşıdakı üç ildə "Kaşaqan" yatağında gündəlik neft hasilatının sutkada 450 min barelə çatacağını proqnozlaşdırırıq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda "Kaşaqan" yatağında gündəlik 330 min barel sabit hasilat həyata keçirilir.

Daha əvvəl nazir qurumun proqnozlarına görə, bu il "Kaşaqan"da hasilatın həcminin 1,6 dəfə artaraq 13,2 milyon tona çatacağını bildirib.