Avropa komissarı: "Qarşıdakı 10 ildə Xəzər qazının idxalını ikiqat artıracağıq"

Avropa komissarı: "Qarşıdakı 10 ildə Xəzər qazının idxalını ikiqat artıracağıq" Günter Ottinger: SOCAR Avropa İttifaqının strateji enerji tərəfdaşıdır
Energetika
20 Fevral , 2019 14:32
Avropa komissarı: Qarşıdakı 10 ildə Xəzər qazının idxalını ikiqat artıracağıq
Report/Firi Salim

Bakı. 20 fevral. REPORT.AZ/ "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Avropa İttifaqının (Aİ) strateji enerji tərəfdaşıdır".

“Report” xəbər verir ki, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci nazirlər iclasından sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə və insan ehtiyatları komissarı Günter Ottinger bildirib.

“Niderlandda təbii qaz ildən ilə azalır, yəni biz daha çox qaz idxal etmək məcburiyyətindəyik. Bizim üçün Cənub Qaz Dəhlizi yeni qaz xətti və yeni qaz ehtiyatları deməkdir”, – Avropa komissarı deyib.

"Cənub Qaz Dəhlizi tikilib qurtarandan sonra başqa istiqamətlərdə də əməkdaşlığa davam edəcəyimiz barədə bu gün müzakirə aparmışıq... Bizi birgə məqsəd birləşdirir. Qarşıdakı 10 il ərzində bu bölgədən gələn təbii qaz tədarükünü 20-25 milyard kubmetrə çatdırmaq fikrindəyik”, – G.Ottinger söyləyib.

O, bu gün imzalanan birgə bəyannamənin Azərbaycanla Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi