Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib

Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib "İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin onların icrası ilə bağlı məsul şəxslər müə
Energetika
20 Oktyabr , 2022 15:11
Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib

"İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin onların icrası ilə bağlı məsul şəxslər müəyyən olunub.

"Report" bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən gün şğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib. Alt İşçi Qrupun sədri, Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İşçi Qrupun oktyabrın 14-də keçirilmiş görüşü zamanı qəbul edilmiş qərarlar barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi