Qarabağ münaqişəsi SOCAR-ın Ukraynaya neft məhsullarının tədarükünə təsir etmir

Qarabağ münaqişəsi SOCAR-ın Ukraynaya neft məhsullarının tədarükünə təsir etmir Bunu “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib
Energetika
4 Noyabr , 2020 16:22
Qarabağ münaqişəsi SOCAR-ın Ukraynaya neft məhsullarının tədarükünə təsir etmir
İqor Orlov

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda gedən hərbi münaqişə “SOCAR Ukraine” şirkətinin bu ölkəyə neft məhsullarının tədarükünə maneələr yaratmır.

“Report”un məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib.

Onun sözlərinə görə, “SOCAR Ukraine” Azərbaycandan Ukraynaya neft məhsullarını tədarük etmir: “Bu səbəbdən də oradakı vəziyyət şirkətin fəaliyyətinə heç cür təsir göstərmir”.

O həmçinin bildirib ki, son zamanlar Belarusda keçirilən etiraz aksiyaları da SOCAR-ın bu ölkəyə yanacaq tədarükündə də heç bir təsir göstərməyib.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.

Son xəbərlər

Orphus sistemi